Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa verdiyini açıqlayıb.

Elitinfo.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, buna baxmayaraq, o, iyunun 20-nə təyin edilmiş səsverməyə qədər Nazirlər Kabinetinə rəhbərlik edəcək.
Qeyd edək ki, Paşinyan seçkilərə “Vətəndaş müqaviləsi” partiyasının namizədi kimi qatılacaq.