Aprelin 24-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 90 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elitinfo.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 8830, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 7260 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 412 min 481-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 934 min 906, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 477 min 575 nəfərdir.