Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 718 mindən çox artıb.

Elitinfo.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata əsasən, ötən sutka ərzində 718 min 659 nəfər yeni koronavirusa yoluxub, 12 min 639 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 132 milyon 730 min 691, ölənlər isə 2 milyon 880 min 726 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.