Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 494 mindən çox artıb.

Elitinfo.az  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 494 917 nəfər yeni koronavirusa yoluxub, 9 921 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 121 969 223, ölənlərin isə 2 694 094 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.