Milli Məclisin sədri Sahibə Qafarova Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.

Elitinfo.az xəbər verir ki, təbrikdə deyilir:
“Sizləri ürəkdən təbrik edir, sizlərə sağlamlıq, bol ruzi-bərəkət, sevinc dolu xoşbəxt ömür arzulayıram. Novruz təbiətin canlanmasının, yenilənməsinin rəmzidir. Arzu edirəm, bu bayram sizlərin ocağına bərəkət, sevinc və əmin-amanlıq gətirsin.

Bu bayramı ərazi bütövlüyümüzü bərpa etmiş bir xalq kimi qeyd edirik. Allah Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə və doğmalarına səbir ehsan eləsin, yaralılarımıza və qazilərimizə şəfa nəsib eləsin!”.