Ən çox yoluxma payı hər zaman olduğu kimi Bakı şəhərinin üzərinə düşür. Belə ki, ölkə üzrə yoluxma hallarının 52.9 faizi paytaxtda qeydə alınıb.

Elitinfo.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Y.Qarayeva bildirib ki, paytaxtdan sonra Abşeron rayonunda, Sumqayıt şəhərində, Aran zonasında, Gəncə-Qazax bölgəsində yoluxmalar yüksək olaraq qalır. Bu da həmin bölgələrdə əhalinin sıxlığı və sosial aktivliyi ilə əlaqədardır.