“Space” TV-yə yeni rəhbər təyin olunub.
Elitinfo.az xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.
Qeyd edək ki, K.Şahverdiyev bu təyinatadək “Space” TV-də icraçı direktor vəzifəsində çalışırdı.
K.Şahverdiyev görkəmli sənətkar Rəşid Behbudovun kürəkənidir. O, həm də Rəşid Behbudov Fondunun direktorudur.
Telekanalın keçmiş rəhbəri Vaqif Mustafayev fevralın 5-ində tutduğu vəzifədən azad edilib.