Möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasətini qanunvericilik müstəvisində dəstəkləmək üçün Milli Məclis bütün tədbirləri görüb. Parlament ötən dövrdə üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirib.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının bu gün keçirilən plenar iclasında deyib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, yaz sessiyasında bir sıra dövlət qurumlarının və orqanlarının hesabatları dinləniləcək. Belə ki, Milli Məclisə Nazirlər Kabinetinin hesabatı təqdim ediləcək. Bundan başqa, dinləmələrə Hesablama Palatasının, Ombudsman Aparatının hesabatları da daxil edilib.
Milli Məclisin sədri 2021-ci il yaz sessiyasının da uğurla keçəcəyinə və səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.