Keçən il Bakı-Sumqayıt-Abşeron və əks istiqamətdə 150 avtobus istismar olunub.

Elitinfo.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hesabatında bildirilir.

Hesabata görə, avtobuslardan 35-i Bakı-Sumqayıt, 58-i Bakı-Abşeron, 57-si isə Sumqayıt-Abşeron istiqamətində xidmət göstərib. Ümumilikdə keçən il qeyd edilən istiqamətlərdə 8 milyon 235 min sərnişin daşınıb. Belə ki, Bakı-Sumqayıt istiqamətində 1 milyon 566 min, Bakı-Abşeron istiqamətində 3 milyon 402 min, Sumqayıt-Abşeron istiqamətində 3 milyon 267 min sərnişinə xidmət edilib.

Respublikanın şəhər və rayonlarında, şəhərdaxili və rayondaxili sərnişin daşımaları ilə 355 istiqamət üzrə 1030 avtobus istismar olunub və 28 milyon 215 min sərnişin daşınıb.