Keçən il neft və təbii qaz sektorunda metan emissiyaları 10 faiz azalıb.
Elitinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
Bildirilir ki, 2020-ci ildə yeni növ koronavirus (COVID-19) səbəbindən iqtisadi aktivliyin yavaşlaması nəticəsində 10 faiz azalan metan emissiyalarının daha sərt tədbirlər görülməsə yenidən artma riski var. Metan emissiyaları qlobal istiləşmənin ən böyük səbəblərindən biridir. Ötən il neft və qaz sənayesi atmosferə 70 milyon ton metanın buraxılmasına səbəb olub. Bu göstərici bütün Avropa İttifaqında enerji sektorundan çıxan karbondioksid emissiyalarına bərabərdir. Keçən il neft və təbii qaz sektorunda metan emissiyaları 10 faiz azalsa da, bu azalma epidemiya səbəbindən tələbatın geriləməsi nəticəsində bu sektorda daha az neft və qaz istehsal edilməsi ilə bağlı olub. Bu azalma şirkətlərin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində gördüyü tədbirlər nəticəsində baş verməyib və əgər daha sərt addımlar atılmasa metan emissiyaları yenidən arta bilər.