Energetika Nazirliyinin əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinə həsr olunmuş kimya mühəndisliyinin aktual problemləri mövzusunda onlayn formatda beynəlxalq elmi-texniki konfransda iştirak ediblər.

Nazirlikdən Elitinfo.az-a bildirilib ki, ikinci sessiyasında Energetika Nazirliyinin nümayəndəsi Otel Hüseynov təqdimatla çıxış edib. “Azərbaycan Respublikasında neft-kimya sənayesinin inkişaf mərhələləri” adlı təqdimatda ölkəmizdə neft və neft-kimya sənayesinin tarixi və mövcud olan müəssisələr barədə məlumatlar yer alıb. Azərbaycan Respublikasının neft-kimya sənayesinin ölkə iqtisadiyyatının əsas seqmentlərindən biri olmaqla uzunmüddətli və sabit inkişaf yolunun formalaşmasında xüsusi rol oynadığı vurğulanıb. Çıxışın sonunda iştirakçıların sualları cavablandırılıb.

Konfransda, həmçinin bir çox tanınmış beynəlxalq universitetlərdən dəvət almış akademik və elm xadimləri tərəfindən müvafiq mövzuda təqdimatlar edilib.