Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 447 min 843 şagird və 29 min 293 müəllim qeydiyyatdan keçib.

Bu barədə Elitinfo.az-a Təhsil İdarəsindən məlumat verilib. “Virtual məktəb” layihəsinin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. “Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.