Yanvar-noyabr aylarında Azərbaycanda 31,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,6 milyon ton azalıb.

Respublika üzrə neft hasilatının 21,6 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 3,2 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb.

SOCAR üzrə isə (kondensatla birlikdə) hasilat 6,8 milyon ton təşkil edib.