Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirilir.

Elitinfo.az xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxildir.

Plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.

İclasda Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ də müzakirə olunacaq.

Deputatlar, həmçinin Mülki Məcəllədə, “Əmanətlərin tam sığortalanması haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Əmək Məcəlləsində”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda, Gömrük Məcəlləsində, Vergi Məcəlləsində və Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrini birinci oxunuşda müzakirə edəcəklər.