2021-ci il yanvarın 31-dək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) Elitinfo.az-a bildirilib ki, karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərin yerinə yetirilməsi davam etdirilir.