Bakıda direktor müavini Samirə Əjdərzadə barəsində daha bir cinayət işi başlanılıb. Elitinfo.az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Lakin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.
Artıq S.Əjdərzadənin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, Əjdərzadə Samirə Məhəmməd qızı Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
O, daha əvvəl dələduzluqda təqsirli bilinib və Binəqədi Rayon Məhkəməsi ona şərti cəza verib.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16