Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşına məxsus “VAZ 211440” markalı avtomobil saxlanılıb.
DGK-dən Elitinfo.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – sağ ön oturacağın ayaqaltında düzəldilmiş xüsusi saxlanc yerində 20 ədəd üzərində “X-inova”, 17 ədəd “Kgtel” və 24 ədəd üzərində “Fuua” yazılmış mobil telefonlar aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.