Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaçıların dekabr ayı üzrə pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Elitinfo.az-a bildiriblər ki, həmin pensiyaçılar müvafiq bankların bankomatlarından pensiyalarını əldə edə bilərlər.