Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Elitinfo.az xəbər verir ki, nazirlər Qarabağ məsələsi, Ukraynadakı vəziyyət, eləcə də bir neçə gün əvvəl İstanbulda qanunsuz çəkiliş etdikləri üçün saxlanılıb sonra sərbəst buraxılan rusiyalı jurnalistlər ətrafında müzakirə aparıblar.