Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq dekabrın 8, 9 və 10-da Lökbatan-Bayıl-20-ci sahə, Neftçilər prospekti-“Azneft dairəsi”-“28 May” metro stansiyası, Nobel prospekti-“Xətai” metro stansiyası-“28 May” metro stansiyası istiqamətində, eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Bakı Nəqliyyat Agentliyindən Elitinfo.az-a bildirilib ki, qeyd olunan ərazilərdən keçən müntəzəm və ekspres xətt avtobuslarının hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.
Zəfər paradının yüksək səviyyədə keçirilməsinə dəstək olmaq məqsədilə hərəkət iştirakçılarından qoyulan qaydalara anlayışla yanaşmaları və əməl etmələri xahiş olunur. Sürücülərə tövsiyə olunur ki, zərurət olmadığı halda şəhər mərkəzi istiqamətində fərdi avtomobillə hərəkət etməsinlər.