Bakı şəhərinin Nizami rayonunda yaşayış binasının ikinci mərtəbəsindən damına qədər şaxta boyunca elektrik kabelləri 48 poqonnımetr yanıb.

FHN-in mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.