Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Yeni Azərbaycan Partiyasının gəncləri Şəhidlər xiyabanına yürüş ediblər.

Şəhidlər xiyabanını ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Yürüş iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!” şüarları səsləndiriblər.