İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan Elitinfo.az-a bildiriblər ki, İKZF-in xətti ilə bu günədək 31 min 73 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 611 milyon 178 min manatdan çoxdur.