Noyabrın 28-də bədii gimnastika üzrə Azərbaycan millisi Kiyevdə keçirilən Avropa çempionatında daha bir medal qazanıb.

Elitinfo.az xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın finalda 3 halqa və 2 cüt gürz ilə kompozisiyası hakimlər tərəfindən 30.650 xalla qiymətləndirilib. Bu nəticə ilə komandamız bürünc medala layiq görülüb. Türkiyə millisi qızıl, Ukrayna isə gümüş medala sahib olublar.

Komandamız 5 topla hərəkətlərdə isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün Azərbaycan komandası çoxnövçülükdə gümüş, komanda hesabında isə bürünc medal əldə ediblər.