Asiyanın üçüncü böyük iqtisadiyyata sahib ölkəsi olan Hindistanda ümumi daxili məhsul (ÜDM) üçüncü rübdə 7,5 faiz azalıb.

Elitinfo.az yerli KİV-lərə istinadla xəbər verir ki, Hindistanın statistika ofisi bu barədə açıqlama yayıb. ÜDM-də iki ardıcıl rüb geriləmə qeydə alınan Hindistanda iqtisadiyyat texniki tənəzzülə qədəm qoyub. Əvvəlki rüb ÜDM 23,9 faiz geriləmişdi. Bu, Hindistan tarixində ən böyük, son 40 ildə isə ilk geriləmə olub.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən martın 25-də elan olunmuş karantin rejimi Hindistan iqtisadiyyatına öz mənfi təsirini göstərib. Bir müddət sonra karantin rejimində yumşalmalar olsa da, artıq iqtisadiyyatda geriləmə yaranıb, xeyli iş yeri bağlanıb.