Bağdadın “Yaşıl vadi” adlanan ərazisinə raket hücumu olub.

Elitinfo.az İraqın Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, burada ABŞ səfirliyinin yerləşdiyi əraziyə 7 raket atılıb. Hücum nəticəsində 1 uşaq ölüb, 5 nəfər ağır yaralanıb. Səfirliyin binasına zərər dəyib.

Hökumət binaları ilə yanaşı, ABŞ səfirliyinin binası da Bağdadın “Yaşıl vadi” adlanan ərazidə yerləşir. Terror aktını törədən qruplaşmanın məqsədi ABŞ səfirliyini dağıtmaq olub.