Oktyabrda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) müraciət edən 9 müəssisədə elektrik təsərrüfatına cavabdeh 69 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb.

Agentlikdən Elitinfo.az-a bildirilib ki, onların biliklərin artırılması üçün ödənişsiz təkliflər verilib, metodiki yardım göstərilib.