Pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildirilib ki, oktyabrın 30-31-də sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) aparılan monitorinqlər zamanı Binəqədi rayonunda “Usta elektrik mağazası”nda, Bəxtiyar Hüseynliyə məxsus “Quru meyvələr mağazası”nda, “Uzun ömür-süd məhsulları” MMC-yə məxsus süd məhsulları istehsalı obyektində, Nərimanov rayonunda “2001 xırdavat 1001 xırdavat” mağazasında, Şakir Mirkişiyevə məxsus “Parket mağazası”nda, Tural Həsənliyə məxsus kişi geyimləri mağazasında, Nəsimi rayonunda “Nə alsan 1 manat” mağazasında, “Grand-mart” MMC-yə məxsus “Market FR1”də, “Promart” MMC-yə məxsus “Market”də, Nizami rayonunda “Miss lady geyim mağazası”nda, Mahir Ellazova məxsus “Lombard və zərgər mağazası”nda, Qaradağ rayonunda “Yurd market”də, Ağası Rzayevə məxsus “Market”də, Elbrus Aslanova məxsus mağazada, Sabunçu rayonunda “Araz supermarket”də, Səbail rayonunda Əzimə Cəbrayılovaya, Səbuhi Orucova məxsus mağazalarda, Elşən Allahverdiyevə məxsus gözəllik salonunda, Suraxanı rayonunda Nurlan Musayevə məxsus ərzaq mağazasında, “Dokta” MMC-yə məxsus “Aptek”də, Xətai rayonunda “Sizin market”də, “Decolife” ticarət obyektində, “Aptek-493”də, Xəzər rayonunda “Riad market”də, Ramil İslamova, Üzeyir Orucova məxsus pərakəndə ticarət obyektlərində, Yasamal rayonunda “Moskva ərzaq mağazası”nda, “Al market”də, Ramiz Ağasiyevə məxsus mağazada, Gəncə şəhərində “Damad kişi geyimləri mağazası”nda, “Şirinlər uşaq geyimləri mağazası”nda, Həsən Hüseynova məxsus ərzaq mağazasında, Sumqayıt şəhərində “Bara geyim mağazası”nda, Valid Məmmədova məxsus pərakəndə ticarət obyektində, Abşeron rayonunda “Şok market”də, “Bəyəndim geyim mağazası”nda, Sabirabad rayonunda Mərhəmət Zeynalova məxsus qızıl mağazasında, Mirsaleh Əhmədova, Elşən Yusibova məxsus pərakəndə ticarət obyektlərində, Cəlilabad rayonunda Gülbala Əmənova, Famil Adiyevə məxsus mağazalarda, Lənkəran rayonunda “Günəş market”də, Babək Hüseynova məxsus mebel mağazasında, Quba rayonunda Fərman Əlixanova, Maqsud Balayevə məxsus pərakəndə ticarət obyektlərində, Şəki rayonunda “Sahibkar mağaza”da, İlqar Abdullayevə məxsus mebel mağazasında, Şəmkir rayonunda Sabir Sadıqova məxsus pərakəndə ticarət obyektində, ümumilikdə 144 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.