Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib.