Respublikamızda əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti, sahibkarlığın inkişafına verilən dəstək Şamaxı rayonunda da öz uğurlu nəticəsini göstərir. Təsadüfi deyil ki, təkcə cari ilin 9 ayında bölgədə 2139 yeni iş yeri açılıb.
Rayon statistika idarəsindən Elitinfo.az-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, doqquz ayda yeni açılan iş yerlərinin hamısı daimidir. Təzə iş yerlərinin 115-i yeni müəssisələr, 17-si mövcud müəssisə və təşkilatlar, 2007-si isə fiziki şəxslər tərəfindən yaradılıb.