Mənəvi Dəyərlərin Təbliği Fondu “Şəhid ailələrinə dəstək” adlı ianə kampaniyası elan edib.

Bu barədə Elitinfo.az-a Fonddan məlumat verilib.
Bildirilib ki, xaricdə yaşayan soydaşlarımızın müraciətlərini nəzərə alan Mənəvi Dəyərlərin Təbliği Fondu “Şəhid ailələrinə dəstək” adlı ianə kampaniyası başladıb. Xaricdə yaşayan azərbaycanlılar şəhid ailələrinə dəstək məqsədilə Fondun xarici valyutada olan bank hesablarına ianə köçürə bilərlər.

Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədilə bank hesablarına daxil olan ianələr və onların istifadəsi ilə bağlı hesabat mütəmadi olaraq Fondun sosial media ünvanlarında yerləşdiriləcək. Allah şəhidlərimizə rəhmət eləsin!