Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir.

Elitinfo.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan hər zaman Türkiyəni yanında hiss edib. Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində ordumuzun əks-hücum əməliyyatları zamanı dünya Azərbaycanla Türkiyə arasında qardaşlığın bir daha şahidi oldu. Türkiyə bəyan etdi ki, bu haqq işində Azərbaycanın yanındadır. Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun bu gün Milli Məclisin iclasında iştirakı iki ölkə arasında qardaşlığın daha bir nümunəsidir.