Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyasının növbəti iclası keçirilir.

Elitinfo.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop iclasda çıxış edir.

Qeyd edək ki, iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa dəyişiklik layihəsi ikinci oxunuşda, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik layihəsi isə birinci oxunuşda müzakirə olunacaq.