Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Bölmələrimiz cəbhə boyu bütün istiqamətlərdə üstünlüyü əldə saxlayır.