Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gecə – oktyabrın 17-də Tərtər rayonu ərazisini növbəti dəfə atəşə tutub.

Düşmənin növbəti dəfə atdığı top mərmisi şəhər ərazisində yerləşən tam orta məktəbinin qarşısına düşüb.

Elitinfo.az-a verilən məlumatda  məktəb direktoru qeyd edib ki, oktyabrın 17-si saat 21 radələrində düşmən şəhər ərazisini atəşə tutub: “Mərminin biri məktəbin qarşısına düşüb. 10-dan çox sinif otağına ziyan dəyib. Otaqların pəncərələri sınıb, divarlar dağılıb”.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 17-də Tərtər rayonu ərazisini növbəti dəfə atəşə tutması nəticəsində bir neçə evə ziyan dəyib.