Bu ilin yanvar-sentyabr aylarında Türkiyə və Gürcüstana ixrac edilən Azərbaycan təbii qazının həcmi açıqlanıb.

Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, 9 ayda 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3 faiz çox, yəni 7,9 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 1,6 milyard kubmetr olub.