Cari ilin 9 ayında ölkədə keçən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz, yəni 1,5 milyard kubmetr artımla 27,5 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, qaz hasilatının 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 13,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə olunub.

SOCAR üzrə isə bu dövrdə 5,5 milyard kubmetr qaz hasil edilib.