General-mayor Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Elitinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin komandanıdır.