Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-si gecə saat 01:00 radələrində Gəncəyə yenidən raket hücumu nəticəsində böyük dağıntı və insan tələfatı qeydə alınıb.

Təhsil Nazirliyindən Elitinfo.az-a bildirilib ki, hücum nəticəsində Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb də ciddi dağıntılara məruz qalıb. Hadisə gecə saatlarında baş verdiyindən məktəbdə xəsarət alan olmayıb.

Xatırladaq ki, 3 mərtəbəli əsas bina və 2 əlavə korpusdan ibarət məktəbdə 1006 şagird təhsil alır.