Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bəzi kəndlərimizin işğaldan azad edilməsi ilə bağlı növbəti açıqlamasına dair məqalələr dərc edib.
Elitinfo.az xəbər verir ki, Ukrinform, “RBK-Ukrayna” informasiya agentliyində, “Seqodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Twitter” səhifəsinə istinadla yazılıb: “ Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib”.