Yaxın vaxtlarda Kim Çen Inla Donald Trampın görüşü olacaq
Koreya Xalq Demokratik Respublikası və ABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq. “Elitinfo.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının prezidenti Mun Çje İn xalqa birbaşa yayımlanan müraciətində bildirib. “ABŞ və Şimali Koreyanın başçılarının ikinci sammiti artıq tezliklə keçiriləcək və Koreya yarımadasında sülhü gücləndirməyə kömək edəcək”, – deyə Cənubi Koreya lideri vurğulayıb. Onun sözlərinə […]
Continue readingErmənistanda çağırışçıları daşıyan avtobusa hücum oldu – VİDEO
Ermənistanın paytaxtında hərbi çağırışçıları daşıyan avtobusa hücum olub.Belə ki, hərbi hissəyə yollan çağırışçılarla bir qrup gənc arasında dava düşüb. “Elitinfo.az” erməni mediasına istinadən xəbər verir ki, artıq həmin gənclərdən biri polis tərəfindən saxlanılıb, digərlərinin tapılıb cəzalandırılması istiqamətində əməliyyat tədbirləri keçirilir. Faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. 8 yanvarda Kotayski hərbi komissarlığından çağırışçıları mərkəzi […]
Continue readingABŞ “S-400”lərlə bağlı Türkiyəyə xüsusi qrup göndərir
Yaxın həftələrdə Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərini əldə etməsinin yaratdığı narahatlıqla əlaqədar ABŞ Türkiyəyə xüsusi texniki qrup göndərəcək. Bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir açıqlama verib. “Biz “S-400”lərin yaxınlığında “F-35” qırıcılarının yerləşdirilməsinin potensial problemlər yaradacağı ilə bağlı mütəmadi çıxışlar eşidirk. Və biz həmişə öz amerikalı həmkarlarımızı gördüyümüz tədbirlər barədə məlumatlandırmışıq. Hərçənd, […]
Continue readingHindistanda 200 milyona yaxın insan etiraz edir
Hindistanda 200 milyona yaxın insan bir sıra ümummilli həmkarlar ittifaqları və solçu hərəkatların çağırışı ilə bu gün başlayan ikigünlük ümummilli tətildə iştirak edir. “Elitinfo.az” TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı aksiyaların təşkilatçıları olan həmkarlar ittifaqlarının rəhbərlərinə istinadən məlumat yayıb. Etirazçılar sənayenin müxtəlif sahələrində minimum əmək haqqı və pensiyaların artırılmasını, sosial şəraitin yaxşılaşdırılmasını, […]
Continue readingQazaxıstanda ermənilərə qarşı qəzəb artır – Yerevan narahatdır
Qazaxıstanın Karaqanda şəhərində yanvarın 1-də “Qədim Roma” restoranında bir qrup erməninin 23 yaşlı qazax gənci öldürməsindən sonra yaranmış gərginlik səngimir. Xəbər verildiyi kimi ötən gün minlərlə karaqandalı küçələrə çıxaraq ermənilərin özbaşınalıqlarına qarşı tədbirlər görülməsini, qatillərin tutularaq cəzalandırılmasını tələb ediblər. Hakimiyyət küçələrə xüsusi təyinatlıları yeridib, amma aksiyaçılara müdaxilə edilməyib. Şəhərdə gərginlik bu gün də davam edib. […]
Continue readingDaha bir Afrika ölkəsində dövlət çevrilişi baş verib
Afrikada yerləşən Qabon respublikasında ordu hərbi çevriliş edib. “Elitinfo.az” xəbər verir ki, ölkənin paytaxtı Libervilin küçələrində tank və hərbi avtomobillər görülüb. Radioefirə çıxan hərbçilər ölkədə demokratiyanın bərpasına ehtiyac olduğunu deyiblər. Qabon prezidenti Ali Bonqo Ondimba 2009-cu ildən ölkə başçısıdır. Onun harada olduğu məlum deyil.
Continue readingXəstəlik Əsədin arvadını bu hala saldı – FOTO
Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd Suriyanın ərazi bütövlüyü uğrunda həlak olanların ailələrini qəbul edib. Bu barədə SANA informasiya yayıb. Xərçəng xəstəliyinə tutulan birinci xanımın uzun müddət sonra ilk dəfə dərc olunan fotolarında xəstəliyin səbəb olduğu böyük dəyişiklik heyrət doğurub.
Continue readingRusiya və İran Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır
Rusiya və İranın hərbi dəniz qüvvələri Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır. “Elitinfo.az” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyn Hənzadiyə istinadən “Mehr” agentliyi məlumat yayıb. Məlumata görə, o bildirib ki, birgə təlimlər dənizdə iki ölkə arasında strateji və taktiki əməkdaşlığın səviyyəsini artıracaq. Hənzadinin sözlərinə görə, təlimlər […]
Continue reading“Sonda ədalət qalib gələcək” – Makron etirazçılara səslənib
Fransa prezidenti Emmanuel Makron ölkədə keçirilən “Sarı jiletlilər” hərəkatının etiraz aksiyaları zamanı zorakılıq hallarını pisləyib və tərəfləri dialoqa çağırıb. “Elitinfo.az” xəbər verir ki, o bu barədə “Twitter”də yazıb. “Yenə respublikaya — onun keşikçisinə, nümayəndələrinə və rəmzlərinə qarşı son dərəcə amansızlıq üz verib. Bunu edənlər mülki müqaviləmizin mahiyyətini unudurlar. Sonda ədalət qalib gələcək”, – deyə Fransa […]
Continue reading“ABŞ kimyəvi silah üzrə mövqeyindən dönməyib” – Bolton
Amerika qoşunların Suriyadan çıxarılması ABŞ-ın kimyəvi silahdan istifadə üzrə mövqeyindən döndüyünü ifadə etmir.“Elitinfo.az” -ın məlumatına görə, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İsrailə səfəri zamanı bildirib. C.Bolton deyib: “ABŞ-ın Suriya rejiminin kimyəvi silahdan istifadə etməsinə qarşı mövqeyində tamamilə heç bir dəyişiklik yoxdur. Bizim kimyəvi silahın istənilən istifadəsinə çox ciddi cavab verilməsi […]
Continue reading