Afrikada yerləşən Qabon respublikasında ordu hərbi çevriliş edib. “Elitinfo.az” xəbər verir ki, ölkənin paytaxtı Libervilin küçələrində tank və hərbi avtomobillər görülüb. Radioefirə çıxan hərbçilər ölkədə demokratiyanın bərpasına ehtiyac olduğunu deyiblər.
Qabon prezidenti Ali Bonqo Ondimba 2009-cu ildən ölkə başçısıdır. Onun harada olduğu məlum deyil.