Rusiya və İranın hərbi dəniz qüvvələri Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır. “Elitinfo.az” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Hüseyn Hənzadiyə istinadən “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, o bildirib ki, birgə təlimlər dənizdə iki ölkə arasında strateji və taktiki əməkdaşlığın səviyyəsini artıracaq. Hənzadinin sözlərinə görə, təlimlər taktiki və xilasetmə əməliyyatlarının işlənməsi, eləcə də dəniz piratçılığı ilə mübarizə üzrə əməliyyatlardan ibarət olacaq.
Hənzadi təlimlərin nə zaman keçiriləcəyini açıqlamayıb, lakin onların yaxın gələcəkdə keçiriləcəyini bildirib.
Siyasət
Mədəniyyət
Xəbər lenti
- DİM xarici ölkələrdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək
21 Sentyabr 2023 17:48 - Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkədən məqalə qəbul olunub
29 Avqust 2023 23:16