Fransada koronavirusla bağlı fövqəladə vəziyyət yenidən bərpa olunacaq
Fransada COVID-19 epidemiyası yenidən tüğyan edir. Oktyabrın 17-dən ölkədə fövqəladə sanitar vəziyyət yenidən bərpa olunur. İl-dö-Frans (Paris və onun ətrafında), eləcə də digər şəhər və metropollarda axşam 21:00-dan səhər 06:00-a kimi komendant saatı tətbiq olunacaq. Komendant saatı ən azı 4 həftə davam edəcək. Elitinfo.az xəbər verir ki, bu barədə Fransa Prezidenti televiziya vasitəsi ilə vətəndaşları […]
Continue readingÇinin neft idxalı artıb
Sentyabrda Çin xam neft idxalını artırıb. Elitinfo.az xarici saytlara istinadla xəbər verir ki, ötən ay Çinin neft idxalındakı 2,1 faizlik artım neft qiymətlərində nikbin gözləntilərə səbəb olub. Belə ki, qlobal miqyasda koronavirusa yoluxma hallarının artmasının onsuz da zəif olan enerji tələbatını yenidən təhdid etdiyi vaxtda dünyanın ən böyük xam neft idxalçısının tələbatındakı yaxşılaşma enerji bazarında […]
Continue readingƏfqanıstanda iki helikopter qəzaya uğradı
Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 tipli iki helikopter qəzaya uğrayıb. Elitinfo.az xəbər verir ki, hadisə Hilmənd vilayətində baş verib. Məlumata görə, qəza zamanı 9 nəfər həyatını itirib. Helikopterlərin texniki nasazlıq səbəbi ilə qəzaya uğradığı bildirilir.
Continue readingDünyada koronavirusa yoluxanların sayı 36 milyon nəfəri ötüb
Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 36 milyon nəfəri ötüb. Elitinfo.az-ın məlumatına görə, bu barədə koronavirus üzrə statistikanı izləyən “Worldometer” portalında bildirilib. Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 36 023 475 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 1 053 837 nəfər vəfat edib, 27,1 milyon nəfər isə sağalıb
Continue readingTürkiyədə güclü sel baş verib, ölənlər var
Türkiyənin Giresun bölgəsinin Dereli rayonunda yağan güclü yağışlar sel ilə nəticələnib. Elitinfo.az-n məlumatına görə, təbii fəlakət nəticəsində 3 nəfər həlak olub, 11 nəfər itkin duşub, 127 nəfər təxliyə olunub. Ölənlərdən biri hərbiçidir. Sel səbəbiylə Giresun-Dereli-Sivas quru yolu bağlanıbı. Daxili İşlər naziri Süleyman Soylu bölgəyə gəlib.
Continue readingÇində koronavirus peyvəndinin klinik sınaqlarına razılıq verilib
Çinin Tibb Məhsulları Dövlət İdarəsi böcək hüceyrələri əsasında yaradılan koronavirusa qarşı rekombinant (genetik olaraq hazırlanmış) peyvəndin klinik sınaqlarının başlanmasını təsdiqlədi/ Mətbuatın məlumatına görə, bu barədə Global Times qəzeti bildirib. Məlumata əsasən, dərman Sıçuan Universitetinin biolaboratoriyasında hazırlanıb, mütəxəssisləri yüksək keyfiyyətli məhsul yaratmağı bacardıqlarını iddia edirlər. Peyvənd artıq meymunlarda və digər heyvanlarda sınaqdan keçirilib.
Continue readingBelarusda seçkilərin ilkin nəticələri açıqlandı
Belarusda Aleksandr Lukaşenko 80,23% səslə prezident seçkilərində qalib olub. Elitinfo.az xəbər verir ki, bunu Belarusun Mərkəzi Seçki Komissiyası açıqlayıb Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib. Ölkənin bir sıra bölgələrin kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurma nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı […]
Continue readingTürkiyə Livana 400 ton buğda göndərəcək
Türkiyə Livanda baş verən faciəli qəza ilə əlaqədar humanitar yardım edəcək. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy məlumat açıqlayıb. Nazir deyib ki, Türkiyə dövləti Türk Əməkdaşlıq və Koordinasya Agentliyi (TİKA) vasitəsilə Livana 400 ton buğda göndərəcək. Qeyd edək ki, dünən axşam saatlarında Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində […]
Continue readingKolumbiyada COVID-19-a yoluxanların sayı 345 mini keçdi
Kolumbiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 10 735 nəfər artıb, 309 nəfər həyatını itirib. Elitinfo.az xəbər verir ki, ölkədə yoluxanların ümumi sayı 345 714 nəfərə çatıb. Ölkə üzrə xəstəlikdən 11 624 nəfər ölüb və son 24 saat ərzində 6 mindən çox pasiyent müalicə olunaraq sağalıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210-dan […]
Continue readingİtaliya Azərbaycana tibbi missiya göndərir
İtaliya Mülki Müdafiə Departamenti koronavirus pandemiyası ilə mübarizə çərçivəsundə Azərbaycana tibbi missiya göndərir. Elitinfo.az-ın məlumatına görə, bu barədə qurumun “Twitter” səhifəsində bildirilib. Qeyd olunur ki, departament Azərbaycana 11 nəfərdən ibarət heyət yola salır: “İtaliya koronavirusla mübarizənin mərhələləri ilə üzləşən ölkələrə yardımını davam etdirir. Hər zaman ön xətdə olan tibb işçilərimizə təşəkkürümüzü bildiririk”.
Continue reading