İtaliya Mülki Müdafiə Departamenti koronavirus pandemiyası ilə mübarizə çərçivəsundə Azərbaycana tibbi missiya göndərir.

Elitinfo.az-ın məlumatına görə, bu barədə qurumun “Twitter” səhifəsində bildirilib.

Qeyd olunur ki, departament Azərbaycana 11 nəfərdən ibarət heyət yola salır:

“İtaliya koronavirusla mübarizənin mərhələləri ilə üzləşən ölkələrə yardımını davam etdirir. Hər zaman ön xətdə olan tibb işçilərimizə təşəkkürümüzü bildiririk”.