Sentyabrda Çin xam neft idxalını artırıb.
Elitinfo.az xarici saytlara istinadla xəbər verir ki, ötən ay Çinin neft idxalındakı 2,1 faizlik artım neft qiymətlərində nikbin gözləntilərə səbəb olub.
Belə ki, qlobal miqyasda koronavirusa yoluxma hallarının artmasının onsuz da zəif olan enerji tələbatını yenidən təhdid etdiyi vaxtda dünyanın ən böyük xam neft idxalçısının tələbatındakı yaxşılaşma enerji bazarında müsbət inkişaf kimi qiymətləndirilir.