İzmirdə baş verən zəlzələ nəticəsində dörd nəfər həlak olub
İzmirdə baş verən zəlzələ nəticəsində ilkin məlumata görə dörd nəfər həlak olub, 120 nəfər yaralanıb. Elitinfo.az xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla ölkənin Marmara bölgəsində hiss edilib.
Continue readingBMT COVID-19 pandemiyası fonunda ölkələri “açıq elm” prinsipini təşviq etməyə çağırır
Belə çətin günlərdə səhiyyə sahəsindəki yeni texnologiyalar və elmi kəşflər azlığın sərvəti ola bilməz. Amma bununla belə, onlar hamı üçün əlçatan olmalıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus məlumat yayıb. Elitinfo.az BMT-nın Xəbərlər Xidmətinə istinadla bildirir ki, COVID-19 pandemiyası baxımından “açıq elm” ideyasını dəstəkləmək məqsədilə BMT-nin bir neçə agentliyinin rəhbərləri […]
Continue readingVyetnamda torpaq sürüşməsi: 16 nəfər ölüb, 37 nəfər itkin düşüb
Vyetnamda oktyabrın əvvəlindən başlayan şiddətli yağışların səbəb olduğu iki torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb, 37 nəfər dağıntı altında qalıb. Elitinfo.az yerli KİV-lərə istinadla xəbər verir ki, hər iki sürüşmə oktyabrın 28-də axşam saatlarında Quanqnam vilayətinin Namtramay rayonunda dağlıq ərazidəki yaşayış məntəqələrində baş verib. Axtarış işlərinə mülki müdafiə qüvvələri ilə yanaşı, hərbçilər, yerli səlahiyyətli qurumların […]
Continue readingAnkarada “Cümhuriyyətin 97-ci ildönümündə milli mücadilə” sərgisi açılıb
Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibətilə Ankarada “Cümhuriyyətin 97-ci ildönümündə milli mücadilə” sərgisinin açılışı mərasimi keçirilib. Elitinfo.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Milli Kitabxanada keçirilən bu sərginin açılış mərasimində iştirak edib. Əvvəlcə zəngin bədii proqram olub. Mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan xalqının dövlətçilik tarixinin, əcdadlardan miras qalan dəyərlərin, Türkiyə Cümhuriyyətin […]
Continue readingSəudiyyə Ərəbistanının büdcəsində 49,2 milyard dollar kəsir yaranıb
COVID-19 epidemiyası səbəbindən neft qiymətlərinin ucuzlaşması səbəbindən cari ilin 9 ayında Səudiyyə Ərəbistanının büdcə gəlirləri 24 faiz azalaraq 144,4 milyard dollara düşüb. Elitinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, 9 ayda ölkə büdcəsində 49,2 milyard dollar (184,1 milyard rial) kəsir yaranıb. Digər tərəfdən, dövlət xərcləri də 3 faiz […]
Continue readingTürkiyə Prezidenti Respublika Günü münasibətilə Anıtqəbiri ziyarət edib
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü, Respublika Günü təntənə ilə qeyd olunur. Elitinfo.az xəbər verir ki, bu münasibətlə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə rəsmi heyət Anıtqəbiri ziyarət edib. Türkiyə Respublikasının banisi, qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil qoyulub. Sonra Türkiyənin dövlət himni səsləndirilib. Prezident Rəcəb Tayyib Ərdoğan […]
Continue readingHindistanda COVID-19-a yoluxanların sayı 8 milyonu ötüb
Ötən gün Hindistanda COVID-19 infeksiyasına 49 min 912 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 8 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 8 milyonu ötən ikinci ölkədir. Elitinfo.az pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, Hindistanda ötən gün COVID-19 infeksiyası səbəbindən 509 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının […]
Continue readingCənubi Koreya Ali Məhkəməsi sabiq prezidentin 17 illik həbs cəzasını qüvvədə saxlayıb
Cənubi Koreyanın Ali Məhkəməsi korrupsiya əməllərində təqsirli bilinən ölkənin sabiq prezidenti Li Myun-bakın 17 illik azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb. Elitinfo.az Yonhap agentliyinə istinadla xəbər verir ki, 2008-2013-cü illərdə ölkənin prezidenti olmuş Li Myun-bak 2018-ci ilin martında məhkəmənin qərarı ilə 16 maddə üzrə, o cümlədən korrupsiya əməllərində, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli hesab edilərək saxlanılmışdı. Məhkəmənin […]
Continue readingFahrettin Koca: Pandemiya təkcə səhiyyə işçilərinin həll edə biləcəyi problem deyil
İlk dəfədir ki, Türkiyənin koronavirus üzrə elmi şurasının iclası İstanbulda, ümumiyyətlə Ankaradan kənarda keçirilir. Bu adi hal deyil. Səbəb isə ölkə üzrə hər 10 COVID-19 xəstəsindən dördünün İstanbulda olmasıdır. Elitinfo.az xəbər verir ki, bu fikirləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkənin koronavirus üzrə elmi şurasının İstanbulda keçirilən iclasından sonra açıqlamasında bildirib. Bütün Türkiyənin İstanbulla təmasda […]
Continue readingQaçqınların ABŞ-a qəbul limiti rekord aşağı səviyyəyə – 15 min nəfərə endirilib
ABŞ Prezidenti Donald Tramp 2021-ci maliyyə ilində (oktyabrın 1-də başlayıb) qaçqınların qəbul limitini 1980-ci ildən bəri ən aşağı səviyyəyə – 15 min nəfərə endirib. Elitinfo.az “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, müvafiq memorandum Ağ ev tərəfindən dərc olunub. “2021-ci maliyyə ili ərzində 15 minə qədər qaçqının qəbulu humanitar vəziyyətə əsaslanır və ya milli […]
Continue reading