Qaraçuxur qəsəbəsində Zaur Şərifov küçəsi təmir olunub
2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan ümumi uzunluğu 18.5 km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir. Proqram çərçivəsində sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4.3 km olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işləri aparılır. Bu çərçivədə […]
Continue readingBioloji fəallığa malik qida əlavələri və istifadə qaydaları
Bioloji fəallığa malik qida əlavələri əsas qidalandırıcı birləşmələr sinfinə daxil olan komponentlərin (vitamin, mineral və s.) orqanizmdə çatışmazlığının aradan qaldırılması, xüsusi fizioloji funksiyaların dəstəklənməsi və ya orqanizmin normal fəaliyyətinin təmin edilməsi baxımından qida rasionunu zənginləşdirmək məqsədilə istifadə olunur. Həmin məhsulların əsas qidalandırıcı komponentlərindən olan vitaminlər orqanizmin məhdud miqdarda tələb etdiyi üzvi maddələrdir. Qida Təhlükəsizliyi Agentliyindən […]
Continue readingAzərbaycan nefti 75 dollardan baha satılır
Azərbaycan neftinin qiyməti bahalaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,57 dollar artaraq 75,18 dollar təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue readingKOBİA sahibkarları onlayn görüşlərə dəvət edir
Kənd təsərrüfatı, yüngül sənaye, istixana təsərrüfatı, arıçılıq və bal istehsalı, ictimai iaşə, turizm sahələrində fəaliyyət göstərən sahibkarlar üçün dövlət qurumlarının iştirakı ilə onlayn görüşlər təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Elitinfo.az-a bildirilib ki, sahibkarlar KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək onlayn görüşlərlə bağlı ətraflı məlumatı və tədbirlərə qoşulmaq üçün keçid linklərini agentliyin rəsmi […]
Continue readingBu il qlobal neft istehlakı gündəlik 97,7 milyon barelə çatacaq
Cari ildə qlobal neft tələbatı keçən illə müqayisədə 5,4 milyon barel artaraq gündəlik 97 milyon 700 min barel olacaq. Elitinfo.az xəbər verir ki, bu proqnozla Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyası (EIA) çıxış edib. EIA-ya görə, 2022-ci ildə isə neft tələbatının 3,6 milyon barel artaraq sutkada 101 milyon 300 min barelə yüksələcək.
Continue reading“Azərişıq”: Sahibkarların onlayn müraciətləri bir neçə dəfə artıb
Prezident İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 4 aprel 2017-ci il tarixli fərmanına əsasən ölkədə şəbəkəyə qoşulma müddəti 20 günə, prosedurların sayı isə 2-yə endirilib. Həmin fərmanın 1.11-ci bəndinin icrası ilə əlaqədar olaraq qoşulma haqqının məbləği Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli qərarı […]
Continue readingBakıda yol tikintisinə 600 min manat ayrıldı
Prezident İlham Əliyev “Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Elitinfo.az xəbər verir ki, sərəncamla Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan […]
Continue readingDövlət Vergi Xidməti və USAID arasında görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində Mərkəzi Aparatın əməkdaşlarının iştirakı ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) biznes mühitinin inkişafı üzrə meneceri Elsəvər Quliyevlə görüş keçirilib. Elitinfo.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, tədbirdə Agentliklə dövlət vergi orqanları arasında sahibkarlığa dəstək sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş […]
Continue reading“Azeri Light” neftinin bir bareli 72,24 dollara satılır
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb. Elitinfo.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,24 dollar ucuzlaşaraq 72,24 dollar təşkil edib. Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Continue readingBu günədək “8 Noyabr” metro stansiyasından 2500-dək sərnişin istifadə edib
İndiyədək “8 Noyabr” metro stansiyasına təqribən 2500 sərnişin daxil olub. Elitinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, eyni zamanda, sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək az sərnişin daşıyıb. Belə ki, qeyd edilən müddətdə orta […]
Continue reading