Bakıdan Naxçıvana avtobus reysləri bərpa ediləcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Elitinfo.az-a bildirilib ki, Naxçıvandan olan sərnişinlərin çoxsaylı müraciətinə əsasən avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir. Tezliklə muxtar respublikaya müntəzəm avtobus reysləri bərpa ediləcək.