Dünya bazarında bu gün neftin qiyməti artıb.
Elitinfo.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:56-da Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,54 faiz bahalaşıb və bir bareli 69,09 dollara satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti 0,62 faiz artıb və bir bareli 66,73 dollara təklif olunub.
Xatırladaq ki, “OPEC” tədarüklə bağlı məsələləri həll etmək və neft siyasətini müəyyənləşdirmək üçün sabah toplantı keçirəcək. “Bloomberg” analitiklərə istinadən xəbər verir ki, “OPEC”in iyulda hasilatın artımına dair qərarına sadiq qalacağı gözlənilir.
Yanacaq tələbatının artması bazarda qiymətlərlə bağlı nikbinlik yaradıb. Belə ki, karantin məhdudiyyətlərinin götürülməsi nəqliyyat vasitələri ilə səyahətlərin artımına səbəb olub.